“Ata Sığorta” sığorta bazarında mövqeyini gücləndirir

“Atasığorta” ASC nizamnamə kapitalını 2,2 milyon manat, yəni, 18% artıraraq 14,6 mln. manata çatdırıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bu deyilir.

Qeyd edilir ki, hər birinin nominal dəyəri 25 manat olan 88 min ədədlik adi sənədsiz səhm buraxılıb. Sənədin buraxılmasında məqsəd nizamnamə kapitalını artırmaq olub.

Bu əməliyyat “Unicapital İnvestisiya Şirkəti”nin vasitəsi ilə BFB-də bağlanmışdır.

Yeni səhmlərin yiyəsi yenə də 100% pay sahibi olan “Ata Holding” olub.