6 C
Baku
Sunday, December 15, 2024

“Ata Sığorta”nın baş ofisinin ünvanı dəyişdi

“Ata Sığorta” ASC-nin Baş ofisinin yeri dəyişdirilib.

Banker.az-ın xəbərinə görə, Sığorta Şirkəti bundan sonra Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 124 ünvanına köçürüləcək. Bu aprel ayından etibarən Sığorta Şirkətinin baş ofisi bu ünvanda fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Ata Sığorta”nın hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 102-də qeydə alınsa da, Şirkət Z.Əliyeva küç. 55-də, yəni Yeni Həyat Plazada məskunlaşmışdı.

Ata Sığorta – 2004-cü ildə yaradılıb, 14,6 mln. manat nizamnamə kapitalına malikdir. Kapitalının 100%-i Ata Holdinq-ə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər