“AtaHolding” MMC sığorta biznesinin maliyyəsinə nəzarətini kimlərə tapşırdığı məlum olub.
“Ata Sığorta” ASC-nin səhmdarları cari ayın 10-dakı toplantısında Təftiş Komissiyasını (TK) tam dəyişiblər.
Banker.az-a daxil olan məlumata görə, Elməddin Hüseynov və Zaur İsmayılov TK-nin üzvü seçiliblər. Lakin, sədrin adı məlum deyil.
Bundan öncə “Ata Sığorta”nın TK-sında adları yer alan Elçin Məmmədsaatov (sədr), Elçin Məmmədsaatov seçimdən kənarda qalıblar.
Xatırladaq ki, son iclasda sığorta şirkətinin Direktorlar Şurası da yenidən təsdiqlənib. Ətraflı linkdən tanış ola bilərsiz.