Azərbaycan bazarında uzun müddətdir fəaliyyət göstərən “Ata Sığorta” ASC-nin səhmdarları 28 dekabr tarixində yığıncaq keçirəcək.
Banker.az-ın məlumatına görə, səhmdar olan “AtaHolding”, sığorta şirkətində İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənovun səlahiyyət müddətini müzakirə edəcək.
Ata Sığorta – 2004-cü ildən fəaliyyət göstərir, 14.6 milyon manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100 faizi “AtaHolding”-ə məxsusdur.