19 C
Baku
Friday, September 20, 2024

AtaBank 2013-cü ilə yekun vurdu

AtaBank-ınötən il aktivlərin dinamikasında 30,4% və ya 87,3 mln manat artım müşahidə olunmuşdur. Başqa sözlə, ilin əvvəlində aktivlər 287,6 mln manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 374,9 mln manata çatmışdır.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərə çarpacaq dərəcədədir. Artım 28,3% və ya 53,3 mln manat təşkil etmişdir. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 188,5 mln manat olduğu halda, yekunda bu rəqəm 241,7 mln manatı aşmışdır.

2013-cü ilin yekunlarına görə bankın ümumi depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 30,9% və ya 75,2 mln manat artaraq, 318,7 mln manat təşkil etmişdir. Qeyd edək ki, 2013-ci ilin əvvəlinə bu göstərici 243,5 mln manat təşkil edirdi. Müddətli depozit portfeli isə 189,6 mln manatdan 54,5 mln manat və ya 28,7% artaraq 244,1 mln manat təşkil etmişdir. 2013-ci il ərzində fiziki şəxslərin müddətli əmanətlərinin böyük artım dinamikası qeydə alınıb. Belə ki, ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin müddətli əmanətləri 28,4% artaraq 172,7 mln manatı keçmişdir.

İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,8% və 19,4% təşkil etmişdir. 2014-cü ilin əvvəlinə bankın bankomatlarının sayı 80, şəbəkəsinə qoşulmuş POS terminal sayı isə 8188 ədəd olmuşdur.

İlin nəticəsinə görə bankın xalis mənfəəti 5,6 mln. manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər