13 C
Baku
Saturday, April 27, 2024

“AtaBank” 9 aylıq maliyyə göstəricilərini açıqladı

“Atabank”ın cəmi aktivləri 2019-cu ilin yanvar-sentyabr ayrlarında 532 milyon 74 min manat təşkil edib. Ötən ilin dekabr ayında isə bankın cəmi aktivləri 581 milyon 110 manat olub. Belə ki, bankın aktivləri ilin 9 ayında 8,4% azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

“AtaBank”ın cari ilin 9 ayında müştərilərə verdiyi kreditləri 374 milyon 713 min manat olub . 2018-ci ilin dekabrında isə müştərilərə verilən kreditlər 428 milyon 565 min manat təşkil edib ki, bu da 9 ayda bankın kredit portfelinin 13% azalması deməkdir.

“AtaBank”  2019-cu ilin 9 ayını  22 min manat xalis mənfəətlə başa vurub.

Bu ilin yanvar-sentyabr dövründə “AtaBank”ın faiz gəlirləri 24 milyon 856 min, faiz xərcləri 17 milyon 84 min manat olub. Bankın qeyr-faiz gəlirləri  3 milyon 485 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 470 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 4 milyon 969 min manat əməliyyat zərəri yaranıb.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər