“Atabank”ın cəmi aktivləri 2019-cu ilin yanvar-sentyabr ayrlarında 532 milyon 74 min manat təşkil edib. Ötən ilin dekabr ayında isə bankın cəmi aktivləri 581 milyon 110 manat olub. Belə ki, bankın aktivləri ilin 9 ayında 8,4% azalıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
“AtaBank”ın cari ilin 9 ayında müştərilərə verdiyi kreditləri 374 milyon 713 min manat olub . 2018-ci ilin dekabrında isə müştərilərə verilən kreditlər 428 milyon 565 min manat təşkil edib ki, bu da 9 ayda bankın kredit portfelinin 13% azalması deməkdir.
“AtaBank” 2019-cu ilin 9 ayını 22 min manat xalis mənfəətlə başa vurub.
Bu ilin yanvar-sentyabr dövründə “AtaBank”ın faiz gəlirləri 24 milyon 856 min, faiz xərcləri 17 milyon 84 min manat olub. Bankın qeyr-faiz gəlirləri 3 milyon 485 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 470 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 4 milyon 969 min manat əməliyyat zərəri yaranıb.