15 C
Baku
Friday, September 20, 2024

“AtaBank” Avropa çempionatında bank xidmətləri göstərəcək

2014-cü il iyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərdi. 3 gün boyunca davam edən çempionatda “AtaMatik” Milli Gimnastika Arenasının qarşısında dayanan iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır. “AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.

“AtaBank” ASC-nin İdarə Heyətinin üzvü – İcraçı direktor Elnur Osmanov bildirib ki, “AtaHolding” ASC-nin baş sponsoru olduğu Gimnastika üzrə 30-cu Avropa çempionatında iştirakçılara bank xidməti göstərməkdən yalnız fəxr duyuruq.

Son xəbərlər
Digər xəbərlər