9 C
Baku
Tuesday, November 5, 2024

AtaBank-ın facebook fanları hədiyyə qazandı

Bu gün “AtaBank”-ın baş ofisində facebook səhifəsinin fanlarına dəyərli hədiyyələr təqdim olundu. Aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar “AtaBank” tərəfindən Yeni il münasibəti ilə mükafatlandırılıblar. Yeni il çərçivəsində Səbuhi Cumşüdə, Aynur Bənnayevaya, Gülüstan Qəhramanovaya, İlahə Rəhimliyə , Elmirə Əzizovaya, Sevgi Hüseynovaya və Ülkər Cəfərovaya “AtaBank”-dan bahalı hədiyyələr təqdim olunub.

Azərbaycanda ən populyar sosial şəbəkə olan facebook-da “AtaBank”-ın rəsmi səhifəsi bir neçə aydır ki fəaliyyət göstərir. Burada “AtaBank”-ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.

Facebook səhifəsi fanlarının ən çox marağına səbəb olan aksiyalar isə burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən həyəcanla izlənir. Elə bu yaxınlarda “AtaBank”-ın facebook səhifəsində fanlar üçün yeni “Yeni İl, Yeni Şans” kampaniyasına start verilib.

Son xəbərlər
Digər xəbərlər