“AtaBank” ASC iyulun 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak etmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak etmişdir.
2014-cü il ərzində “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 17,125 milyon manat güzəştli kredit verilmişdir.
Qeyd edək ki, “AtaBank” ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 93 milyon manat güzəştli kredit verilib.