10 C
Baku
Thursday, December 12, 2024

AtaBank MilliÖN ödəniş sisteminə qoşuldu

AtaBankın müştəriləri kredit ödənişlərini “MilliÖN” Ödəmə Nöqtələrinin köməyi ilə həyata keçirə biləcəklər.

Kredit ödənişlərini “MilliÖN” Ödəmə Nöqtələri vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə Banka yaxınlaşaraq “kredit İD” kodlarını almalıdırlar. “MilliÖN” Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinın həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir:

  • Terminalın ekranından “Bank xidmətləri” bölməsi seçilir;
  • Növbəti açılan pəncərədən “AtaBank” seçilir;
  • Sonra Bank tərəfindən təqdim edilən “Kredit İD”-si iki dəfə daxil edilir;
  • “Kredit İD”-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır;
  • Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir;
  • Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur.

Terminal vasitəsilə kredit ödənişi üçün xidmət haqqı tutulmur.

Son xəbərlər
Digər xəbərlər