2 C
Baku
Saturday, December 14, 2024

AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edildi®

Məlum olduğu kimi, dünya üzrə qeyd olunan “Qlobal Sahibkarlıq Həftəsi”ndə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konferederasiyası (ASK) da bir sıra tədbirlər həyata keçirir.

Belə ki, 21 noyabr 2019-cu il tarixində Fairmont otelində “Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda başlamış konfrasda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 21 KSM layihəsi iştirak etmişdir və onlardan 13-ü seçilmişdir. 

Həmin tədbirdə “AtaBank” ASC Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib.

Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-nın digər sosial tərəfdaşları iştirak edib.

Qeyd etmək istərdik ki, AtaBank il ərzində Korporativ Məsuliyyət çərçivəsində bir neçə layihə təşkil etmişdir. Bu haqda danışan bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, cəmiyyətin tələb və dəyərlərinə önəm verərək bu cür layihələr davamlı şəkildə keçiriləcək.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər
Digər xəbərlər