6 C
Baku
Monday, December 16, 2024

“AtaBank” “Zolotaya Korona” sisteminə qoşuldu

Müştərilərin istəyini də nəzərə alaraq 31 oktyabr 2016-cı il tarixindən etibarən “AtaBank” ASC “Zolotaya Korona” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib.

“AtaBank”ın bütün filiallarında Rusiyaya, Türkiyəyə, Çinə, Belarusa, Moldovaya, Qırğızıstana, Qazaxıstana, Tacikistana və digər ölkələrə “Zolotaya Korona” sistemi vasitəsilə pul köçürmələri həyata keçirmək olar. Bu sistemin əsas üstünlükləri köçürmə qiymətinin xeyli aşağı olması və böyük əhati dairəsi olmasıdır.

Köçürmə cəmi bir neçə dəqiqə ərzində həyata keçirilir. Pulun göndərilməsi, qəbulu prosedurları son dərəcə rahat və sadədir.

Qeyd edək ki, pul köçürmə xidmətlərini “AtaBank”-ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Xəzri, Contact, Blizko, PrivatMoney və Lider sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” yüksək texnologiyalı universal bank olmaqdadır.

Son xəbərlər
Digər xəbərlər