36 C
Baku
Tuesday, August 16, 2022

“AtaBank”da İdarə Heyəti üzvlərinin sayı 7-yə çatacaq

“CDB Bank” ASC ilə birləşərək yenidən təşkil olunan “AtaBank” ASC-nin səhmdarı “Synergy Group” MMC olub. Bunu bu gün keçirilən mətbuat konfransında “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov deyib.

“Yenidən təşkil olunan “AtaBank”ın səhmdarı “Synergy Group”dur. Bununla bağlı aprel ayında bankın alqı-satqı olub”, – deyə İ. Süleymanov bildirib.

“AtaBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dəyanət Quliyev isə bildirib ki, “CDB Bank”ın İdarə Heyətinin üzvləri “AtaBank”a transfer olunacaq. O əlavə edib ki, İdarə Heyətinin üzvlərinin sayı 7-yə çatdırılacaq.

Bunadək “AtaBank”ın səhmdarları “AtaHolding” ASC (76%) və fiziki şəxslər (24%) idi.

Bankın İdarə Heyəti isə 4 nəfərdən ibarətdir: Dəyanət Quliyev (sədr), Etibar Babaşlı (müavini), Səbuhi Əliyev (müavin) və Rauf Hüseynov (müavin).

Qeyd edək ki, aprelin 18-də “AtaBank” və “CDB Bank” səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən “CDB Bank” ASC-nin yenidən təşkil şəklində ləğv edilərək “AtaBank” ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.

Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, “AtaBank” və “CDB Bank” tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər