11 C
Baku
Wednesday, December 11, 2024

AtaBankda baş verən struktur dəyişikliyi barədə rəsmi açıqlama verildi

“AtaBank” ASC-in Müşahidə Şurasının 15.03.2016-cı il tarixli, 08 saylı Protokoluna əsasən, “AtaBank” ASC-nin yeni təşkilatı strukturu təstiq edilib.

Bankın mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, bankın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb.

Bildirək ki, Səbuhi Əliyev bankın İdarə Heyəti sədrinin müavini təyin edilmişdir. Qeyd edək ki,S.Əliyev 2005-2014-cü illərdə “AtaBank” ASC-də çalışmış, bankın Hüquq Departamentinin direktoru vəzifəsində işləyib.

Səbuhi Əliyev
Səbuhi Əliyev

2014-2016-cı illərdə S.Əliyev “Synergy Group” ASC-də İdarə Heyətinin üzvü – Hüquq Departamentinin direktoru və Müşahidə Şurasının üzvü vəzifələrində çalışmışdır.
Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi vardır.

Hal-hazırda İdarə Heyəti 5 nəfərdən ibarətdir. Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev, sədr müavinləri isə Etibar Babaşlı, Emil Əmirov, Rauf Hüseynov və Səbuhi Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər