1 C
Baku
Saturday, December 14, 2024

AtaBank maliyyə göstəricilərini açıqlayıb

Banker.azın verdiyi məlumata görə, AtaBank 2017-ci ilin ilk rübünə dair hesabatlarını açıqlayıb.

Hesabata görə, bankın aktivləri bir rüb ərzində azalaraq 464 mln.  manata düşmüşdür. 2016-cı ilin sonunda isə bankın 472 mln. manat aktivləri var idi.

AtaBankın depozit portfelinə nəzər yetirdikdə , ciddi azalmalar diqqəti çəkir. Bank bir rüb ərzində depozit portfelinin 13 mln. manatını itirərək 256 mln. manat depozit portfeli ilə kifayətlənməli olub.

Lakin buna baxmayaraq, AtaBank bu ilə mənfəətlə başlaya bilib. 2017-ci ilin mart ayının sonuna bankın mənfəəti 1.1 mln. manata çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər