16 C
Baku
Wednesday, October 23, 2024

AtaBankın səhmdarları iyunda toplaşırlar

28 iyun 2016-cı il tarixində, saat 11:00-da “AtaBank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı çağırılır. Bankdan Banker.az-a verilən məlumata görə, ümumi yığıncaq Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55  ünvanında (“Yeni Həyat” iş mərkəzi, 8-ci mərtəbə, “AtaHolding” ASC-nin ofisi) keçiriləcəkdir.

Səhmdarların ümumi yığıncağının gündəliyi:

  1. 2015-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı;
  2. 2015-ci maliyyə ili üzrə Müşahidə Şurasının hesabatı;
  3. “AtaBank” Açıq Səhmdar Cəmiyyətinin 2015-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55  ünvanında (“Yeni Həyat” iş mərkəzi, 8-ci mərtəbə, “AtaHolding” ASC-nin ofisi) tanış oluna bilər.

Son xəbərlər
Digər xəbərlər