Son bir ildə “AtaHoldinq” MMC banklarda olan vəsaitlərini geri çəkməklə 2.2 dəfə azaldıb.
Banker.az bu barədə Holdinqin 1 yanvar 2020-ci il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir.
Holdinqin ölkədəki banklardakı depozit vəsaitlərinin həcmi 8.7 mln. manat təşkil edib. Bu öncəki ilin eyni dövründə 19.2 mln. manat idi.
AtaHoldinq-in cəmi aktivlərinin həcmi 85.84 mln. manatdır.