16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“AtaHoldinq” 33 mln. manatlıq xalis mənfəət əldə edib

faizlere

“AtaHoldinq” MMC 2019-cu ili böyük xalis mənfəətlə bitirib.

Banker.az bu barədə Holdinqin maliyyə hesabatına istinadən xəbər verir.

“AtaHoldinq” ötən il ərzində 25.57 mln. manat gəlir əldə edib, 6.4 mln. manat malın maya dəyəri təşkil edib – nəticədə 19.17 mln. manat ümumi mənfəəti olub. Lakin, öncəki illə müqayisədə gəlirlərinin 18% azalması səbəbindən xalis mənfəəti xeyli azalıb.

Bununla belə Holdinqin əməliyyat xərcləri və digər xərclər səbəbindən əməliyyatı 10.36 mln. manat (2018: 11.66 mln. manat) zərərlə tamamlanıb.

Holdinqi, məcmu zərər etməsinə maliyyə gəlirindəki kəskin artım “mane” olub. Belə ki, ötən il ərzində 2019-cu il ərzində 43.13 mln. manat maliyyə mənbələrindən vəsait daxil olub, 14 dəfə illik müqayisədə artımdır.

Beləliklə, “AtaHoldinq”in xalis mənfəəti illik 32.71 mln. manat təşkil edib. Öncəki ildə 8.73 mln. manat zərər etmişdi.

32

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər