Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi Sirac Hümbətov “Sosial saat”da deyib.
O qeyd edib ki, layihəyə atalıq məzuniyyəti ilə bağlı məsələ daxil edilib: “Layihə hazırda müzakirə mərhələsindədir. Atalıq məzuniyyəti sosial məzuniyyət sayılır və 14 iş günü nəzərdə tutulub”.