23 C
Baku
Tuesday, May 28, 2024

Atambayev Qırğızıstanı tərk edib

Qırğızıstanın həbsdən azad edilmiş keçmiş prezidenti Almazbek Atambayev tibbi müayinədən keçmək üçün İspaniyaya gedib.

Bu barədə “İnterfaks“ keçmiş prezidentə yaxın mənbəyə istinadən bu barədə məlumat verib.

Almazbek Atambayevin kiçik oğlu Kadırla Dubaya, oradan isə İspaniyaya getdiyi bildirilir.

“O, ölkəni fevralın 15-i səhər tərk edib. Həbsdən azad olunan zaman o müalicə üçün xaricə getməyi, sonra geri qayıtmağı düşündüyünü açıqlayıb”, – mənbə bildirib.

Atambayevin vəkili Sergey Slesaryov isə müştərisinin ölkə hüdudlarını tərk etməsi üçün heç bir maneənin olmadığını qeyd edib.

Vəkil həmçinin, Almazbek Atambayevə qarşı ittihamların heç bir əsasının olmadığını və onun toxunulmazlıq hüququnun pozulduğunu xatırladıb.

Atambayev 2022-ci ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hesab edib ki, 2013-cü ildə kriminal avtoritet Əziz Batukaevin həbsdən qanunsuz olaraq azad edilməsində Atambayevin əli olub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər