10 C
Baku
Thursday, December 12, 2024

“Atamın yoluna sadiq qalaraq, bu şərəfli missiyanı da icra edirik. İnşallah sona qədər başa çatdıracağıq”

“Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə – seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə etimad göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacam və bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum”.

Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber”ə kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır: “Təbii ki, dünya dəyişir, dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt bundan sonra heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Biz buna nail olmaq üçün böyük səy göstərdik, siyasi, iqtisadi, diplomatik, hərbi… Bizim demək olar ki, Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün Ordunun döyüş qabiliyyəti bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, bəzi inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Bu təcrübə mən əminəm ki, kitablarda da olacaq, tədqiqatlarda da olacaq. Ona görə atamın yoluna sadiq qalaraq, bu şərəfli missiyanı da icra edirik. İnşallah sona qədər başa çatdıracağıq”.

Son xəbərlər
Digər xəbərlər