10 C
Baku
Monday, November 18, 2024

“AtaSığorta” ASC əmlak sığortası üzrə növbəti ödənişini açıqladı

®Azərbaycan sığorta bazarına yeni məhsullar təqdim etməklə fərqlilik yaradan “AtaSığorta” şirkəti könüllü əmlak sığortası üzrə növbəti ödənişin həcmini açıqlayıb. 

Şirkətin Biznesin İnkişafı Departamentindən verilən məlumata görə, Şirkət tərəfindən Dəzgah sınması sığorta növü üzrə müştəriyə 23 591 manat həcmində sığorta ödənişi edilib. 

Qeyd edək ki, 2020-ci ilin 12 ayı ərzində “AtaSığorta” şirkəti tərəfindən ümumilikdə 8 700 000  manatdan artıq məbləğdə sığorta ödənişi verilib.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər