32 C
Baku
Wednesday, July 24, 2024

“AtaSığorta” ASC 2020-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır

“AtaSığorta” ASC 2020-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-sentyabr ayları ərzində ümumi sığorta haqqı yığımları 10,5 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta haqqı yığımları 3,3 milyon manat (23,8%) azalmışdır. “AtaSığorta” ASC 2020-ci ilin 9 ayı ərzində 6,6 milyon manatdan çox sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində azalma 4,6 milyon manat (40,8%) olmuşdur. Hesabat dövründə şirkətin xalis mənfəəti 622.061 manat olmuşdur.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü – 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 60-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

 

Son xəbərlər
Digər xəbərlər