10 C
Baku
Monday, November 18, 2024

“AtaSığorta” ASC-nin rəhbərliyi Vətən Müharibəsi iştirakçıları ilə görüşüb

®“AtaSığorta” şirkətinin rəhbər heyəti 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirib. 

Şirkətin Biznesin İnkişafı Departamentindən verilən məlumata görə, görüşdə Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Həmçinin bu böyük qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi “AtaSığorta” şirkətinin işçilərinin də öz payı olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı şirkətin əməkdaşları, müharibə iştirakçıları Arif Məmmədov, Mətləb Surxayzadə və Orxan İsmayılzadə düşmən təxribatçılarına qarşı döyüşləri barədə öz xatirələrini bölüşüb. 

Onlar Vətənin azadlığı və suverenliyi uğrunda istənilən anda bundan sonra da vuruşmağa hazır olduğunu bildiriblər.


Görüşün sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş vətən müharibəsi iştirakçılarına – Arif Məmmədov, Mətləb Surxayzadə və Orxan İsmayılzadəyə “AtaSığorta” ASC-nin rəhbərliyi tərəfindən Təşəkkürnamə və mükafatlar təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər