“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov vəzifəsindən öz ərizəsi ilə ayrılıb.
İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Xətai İsmayılova həvalə edilib.
O.Məmmədov 2006-cı ildə sığorta sektorunda fəaliyyətə başlamışdır. 2011-ci ildə “Paşa Sığorta” şirkətində İdarə Heyətinin üzvü təyin olunub. 2012-ci ildə “AtaSığorta”nın İdarə Heyətinin sədr müavini, 2017-ci ildə İdarə Heyəti sədrinin birinci müavini, 2019-cu ildə isə şirkətin İdarə Heyətinin sədri təyin olunmuşdur. Orxan Məmmədov xarici şirkətlərin birindən iş təklifi aldığından işgüzar fəaliyyətini ölkə xaricində davam etdirəcəkdir.