9 C
Baku
Monday, November 18, 2024

“AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda fəaliyyət göstərəcək

®Hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərən “AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir. Bakı şəhərinin Nəsimi rayonu, Nizami küçəsi 135 ünvanında sığorta hadisələrinin tənzimlənməsi və vətəndaşların qəbulu həyata keçiriləcəkdir.

Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin yeni ofisi müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Ofisin rahat ünvanda yerləşməsi və yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

Son xəbərlər
Digər xəbərlər