“AtaSığorta” ASC-nin işçilərinin sayı artıb.
Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.
“AtaSığorta”nın 2020-ci ilin 4-cü rübü ərzində işçilərinin sayı 251 nəfər olub. Birinci rübündə isə sığorta şirkətinin işçilərinin sayı 243 nəfər olub ki, bu da 8 nəfərin artması deməkdir. 4-cü rübdə “AtaSığorta” 23 nəfəri işə qəbul edib.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.