23 may 2023-cü il tarixə saat 15:00-a “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbəti Ümumi Yığıncağı çağırılır. Ümumi Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.2022-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı;
2.2022-ci maliyyə ili üzrə Direktorlar Şurasının hesabatı;
3.31 dekabr 2022-ci il tarixə bitən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı;
4.”AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin 2022-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi;
5.Digər məsələlər.
Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış olmaq olar.