13 C
Baku
Tuesday, May 7, 2024

“AtaSığorta” mənfəətini bölüşdürəcək

23 may 2023-cü il tarixə saat 15:00-a “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbəti Ümumi Yığıncağı çağırılır. Ümumi Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.2022-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı;

2.2022-ci maliyyə ili üzrə Direktorlar Şurasının hesabatı;

3.31 dekabr 2022-ci il tarixə bitən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı;

4.”AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin 2022-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi;

5.Digər məsələlər.

Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış olmaq olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər