“AtaSığorta” müştərisinin avtomobilinə dəymiş irihəcmli zərəri ödədi – MƏBLƏĞ

®“AtaSığorta” şirkəti avtonəqliyyat vasitələrinin sığortası üzrə müştəriyə ödədiyi növbəti vəsaitin həcmini açıqlayıb.

Avtonəqliyyat vasitələrinin sığortası üzrə müştərinin avtomobilinə dəymiş zərər müəyyən edildikdən sonra zərərçəkmiş şəxsə “AtaSığorta” ASC tərəfindən 130 500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 

Sığorta hadisəsinin istənilən an baş verə bilmə ehtimalının mövcudluğunu hər zaman diqqətdə saxlamaq lazımdır. Bir məqama nəzər yetirməyimiz zəruridir. Kasko sığortası üzrə müqavilə mövcud olmasaydı nə baş verəcəkdi? Müştəri böyük maddi itkiyə məruz qalacaqdı! Bu cür hallar bir daha göstərir ki, sığorta barədə artıq xərc kimi düşünmək yanlış fikirdir. Sığorta müqaviləsi üçün ödədiyimiz sığorta haqqını sığortalı günlərin sayına böldükdə kifayət qədər kiçik məbləğ alınır. Həmin məbləği gündəlik xərclərimizdən ayırıb sığorta müqaviləsi alsaq, hər an baş verə biləcək xoşəgəlməz və gözlənilməz hadisələr nəticəsində əlavə maddi itkiyə məruz qalmamaq üçün bir təminat əldə etmiş oluruq. 

Xatırladaq ki, Azərbaycanda geniş filial şəbəkəsinə malik olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.  

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.