®Azərbaycan sığorta bazarında daşınmaz əmlakın icbari sığortası növü üzrə xüsusi paya malik olan “AtaSığorta” şirkəti sözügedən sığorta növü üzrə müştəriyə ödədiyi növbəti vəsaitin həcmini açıqlayıb.
Şirkətin Biznesin İnkişafı Departamentindən verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə müştərinin əmlakına dəymiş zərər müəyyən edildikdən sonra zərərçəkmiş şəxsə “AtaSığorta” ASC tərəfindən 6 343 manat sığorta ödənişi həyata keçirilmişdir.
Xatırladaq ki, Azərbaycanda geniş filial şəbəkəsinə malik olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.