9 C
Baku
Thursday, December 12, 2024

“AtaSığorta”nın Direktorlar Şurasına təyinat olub

“Ata Bank” ASC-nin rəhbəri kimi çalışmış Dəyanət Quliyev “Ata Holding” MMC-nin törəmə maliyyə şirkətinin rəhbərliyinə gətirilir.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata əsasən, “AtaSığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Dəyanət Quliyev Namiq oğlu Direktorlar Şurasının üzvü seçilib.

Direktorlar Şurası ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən orqandır.

D.Quliyev 2020-ci ilə qədər “Ata Bank” ASC-nin İdarə Heyətinin sədri olub. Bank bağlandıqdan sonra onun adı publik hər hansısa şirkətin rəhbərliyində yer almamışdı. O, 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

2009-cu ildə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunub.

2013-cü ildə  Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olub.

2014- 2016-cı illərdə  “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

Bununla da “Ata Sığorta” ASC-nin Direktorlar Şurası üç üzvdən ibarətdir:

  • Adıgözəl Ağayev Yahya oğlu
  • Dəyanət Quliyev Namiq oğlu
  • Zəfər Muxtarov Qərib oğlu

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər