6 C
Baku
Sunday, December 15, 2024

AtaSığorta şirkətinin sığorta yığımları 15% artıb

Dövlət sığorta nəzarəti xidmətinin açıqladığı məlumata əsasən, AtaSığorta şirkətinin 2013-cü ilin yanvar-oktyabr ayları ərzində sığorta yığımları 10, 815 min təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% daha çoxdur. Həmçinin ötən ilin analoji dövrü ilə müqayisədə şirkətin sığorta ödənişlərində də cüzi də olsa artım qeydə alınıb. Sığorta ödənişləri 1, 24% artaraq, 2,184 min manata çatmışdır.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılmış, aktivlərin ümumi həcmi isə 20 milyon manatı ötmüşdür. “AtaSığorta” ASC-nin 2013-cü ilin 9 ayı üzrə balans mənfəəti 1,7 milyon manat təşkil etmişdir.
Şirkətin son illər ərzində sığorta ödənişlərinin və sığorta haqlarının stabil artım dinamikasını isə aşağıdakı diaqramdan izləyə bilərsiniz.ata-insur

Son xəbərlər
Digər xəbərlər