Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar açıqlanıb.
Banker.az xəbər verir ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Qeyd edək ki, İcbari Sığorta Bürosunun “Yaşıl Kart” üzrə iştirakçı siyahısından “AtaSığorta” ASC çıxarılıb və iştirakçıların sayı 6 olub.
Bildirək ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.






