12 C
Baku
Thursday, March 28, 2024

“AtaSığorta” və “Atəşgah Sığorta”nın fəaliyyəti məhdudlaşdırılıb

Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti məhdudlaşdırılıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir.

Qeyd olunur ki, “AtaSığorta” ASC və “Atəşgah” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” Qanuna və “İcbari sığortalar haqqında” Qanuna uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar ASC-lərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Palatanın İdarə Heyətinin 12 aprel tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” və “Atəşgah” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Bundan əlavə, “Sığorta fəaliyyəti haqqında” Qanun əsasında verilmiş təqdimatın vaxtında və tam yerinə yetirilməməsi ilə əlaqədar “SİNKO QRUP Azərbaycan-Sığorta və Təkrarsığorta üzrə Broker” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 3 ay müddətinə dayandırılıb.

İdarə Heyətinin eyni tarixli qərarı ilə həmçinin “Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş 18 avqust 2011-ci il tarixli 000460 nömrəli lisenziyanın qüvvəsi bərpa edilib.

Son xəbərlər
Digər xəbərlər