11 C
Baku
Şənbə, Noyabr 27, 2021

“AtaSığorta”da yeni təyinat

“AtaSığorta” ASC komandasını peşəkar kadrlarla gücləndirməkdə davam etməkdədir. Banker.az xəbər verir ki, peşəkar sığortaçı Ramin İsmayılov “AtaSığorta” şirkətinin Satış departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. 

Ramin İsmayılov 15 ildən artıq Maliyyə sahəsində təcrübəyə malikdir. Ölkənin nüfuzlu bank və sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır. 

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. 

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Son xəbərlər
Oxşar xəbərlər
X