Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən 08.01.2024-cü il tarixdən İdarə Heyətinin sədri vəzifəsinin icrası İdarə Heyəti sədrinin müavini Seymur Əliyevə həvalə edilmişdir.
Sığorta sektorunda satış sahəsində geniş təcrübəyə malik olan Seymur Əliyev sığorta sahəsində fəaliyyətinə 2011-ci ildə “AzSığorta” ASC-də başlamış, 2021-ci ildən “AtaSığorta” ASC-də işgüzar fəaliyyətini davam etdirmişdir.
Məlumat üçün bildirmək istəyirik ki, İdarə Heyətinin sədri Xətai İsmayılov 08.01.2024-cü il tarixdə işdən ayrılmışdır.