AtaSığorta şirkətində kadr dəyişiklikləri baş vermişdir. Banker.az bu barədə “AtaSığorta”dan məlumat verilib.
Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Korporativ Sığortaçılıq Departamentinin direktoru Vüqar İbrahimov İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunmuşdur. Qeyd edək ki, Vüqar İbrahimov sığorta sahəsində fəaliyyətinə 2006-cı ildə başlamışdır. Beynəlxalq Sığorta Şirkəti, Günay Sığorta, AzSığorta kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. İdarə Heyəti sədrinin müavini Toğrul Qaçayev isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
Hüquq Departamentinin direktoru Xətai İsmayılov İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Xətai İsmayılov 2011-ci ildən “AtaSığorta” ASC-də Hüquq Departamentində müxtəlif vəzifələrdə, 2017-ci ildən Hüquq Departamentinin direktoru vəzifəsində işləmişdir.
2016-cı ildən etibarən “AtaSığorta” ASC-də fəaliyyətə başlamış Naim Məmmədov Hüquq departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. Naim Məmmədov 5 il ərzində şirkətdə müxtəlif vəzifələrdə işləmişdir. Son tutduğu vəzifə Hüquq Departamentinin direktor müavini vəzifəsi olmuşdur.
Sığorta sektorunda satış sahəsində geniş təcrübəyə malik olan Seymur Əliyev Korporativ Sığortaçılıq Departamentinin direktoru təyin edilmişdir. Seymur Əliyev sığorta sahəsində fəaliyyətinə 2011-ci ildə “AzSığorta” ASC-də başlamış, 10 il ərzində sığorta mütəxəssisindən departament direktoru vəzifəsinə yüksəlmişdir.