6 C
Baku
Sunday, December 15, 2024

“AtaSığorta”nın maliyyə durumu bəlli oldu

“AtaSığorta” şirkəti 2022-ci ili 574 min 354.53 manat məbləğində zərərlə başa vurub ki, bu da 2021-ci ilin göstəricisindən 3.9 dəfə azdır.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Atasığorta” gəlirləri 11 milyon 75 min 961.09 manat milyon manat olub, bunun 5.5 milyon manatı əməliyat gəlirlərinin payına düşüb.  Xərcləri 11 milyon 651 min 315.62 manat təşkil edib.

Hesabata əsasən “Atasığorta”nın aktivləri 17.5 milyon manata yüksəlib ki, bu da 23% artımdır. Hesabat ilində şirkətin nizamnamə kapitalı 14.6 milyon manat səviyyəsində qalıb.

Qeyd edək ki, “AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb.

Son xəbərlər
Digər xəbərlər