22 yanvar 2026-cı il saat 15:00-a “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin (Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102) səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı çağırılır.
Banker.az xəbər verir ki, növbədənkənar Ümumi Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, 9 ünvanında keçiriləcəkdir.
Cəmiyyətin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
* “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin müzakirəsi.
* Digər məsələlər.
Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Süleyman Rüstəm, 9 ünvanında tanış oluna bilər.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə sığorta şirkətinə icrası məcburi olan göstəriş verib. Verilmiş göstərişə əsasən, Cəmiyyət tərəfindən yeni öhdəliklərin qəbul edilməsi, öhdəlik yaradan müqavilələrin bağlanması, eləcə də xərc yaradan əməliyyatların aparılması müvəqqəti olaraq dayandırılıb.






