“Ata Holding” MMC-nin səhmdarı olduğu “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib.
Banker.az xəbər verir ki, Murad Zaidov bu vəzifəyə təyin edilib.
Bu təyinatdan sonra “AtaSığorta”nın İdarə Heyətinin üzvlərinin sayı üçə yüksəlib. Seymur Əliyev Əli oğlu İdarə Heyətinin sədri, Naim Məmmədov Vasif oğlu isə üzvüdür.
Murad Zaidovun bundan əvvəl “KredAqro” BOKT və “M Bulak” BOKT MMC və “PAŞA Sığorta” ASC-də iş təcrübəsi var.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur.