7 C
Baku
Friday, December 26, 2025

“AtaSığorta”ya məcburi göstərişi verildi, yeni öhdəliklərin qəbulu dayandırıldı

Azərbaycan Mərkəzi Bankı “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə sığorta şirkətinə icrası məcburi olan göstəriş verib.

Banker.az xəbər verir ki, verilmiş göstərişə əsasən, Cəmiyyət tərəfindən yeni öhdəliklərin qəbul edilməsi, öhdəlik yaradan müqavilələrin bağlanması, eləcə də xərc yaradan əməliyyatların aparılması müvəqqəti olaraq dayandırılıb.

Qərar “AtaSığorta” ASC-nin maliyyə dayanıqlığının təmin edilməsi və aktivlərinin qorunması məqsədi daşıyır. Mərkəzi Bank vəziyyətə nəzarəti davam etdirir.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər