4 C
Baku
Wednesday, January 7, 2026

“AtaSığorta”ya müvəqqəti inzibatçı təyin olunub

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 6 yanvar 2026-cı il tarixli Qərarı ilə “AtaSığorta” ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.

Banker.az xəbər verir ki, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.

Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqları qorunması məqsədinə xidmət edir.

Son xəbərlər
Digər xəbərlər