“AtaSığorta” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.
Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
Şirkətin səhmdarların qərarı ilə İdarə Heyətinin Sədri vəzifəsinə Xətai İsmayılov təyin edilib, hansı ki, o buna qədər sədr müavini idi.
Xatırladaq ki, şirkətin sabiq sədri Orxan Məmmədov vəzifəsindən ayrıldıqdan sonra sədr vəzifəsinin icrası müvəqqəti olaraq Xətai İsmayılov həvalə edilmişdi.
Xətai İsmayılov 2021-ci ildə şirkətin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Məlumat üçün bildirək ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərməklə “AtaHolding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.