12 C
Baku
Friday, March 29, 2024

“AtaSığorta”ya sədr təyin edilib

“AtaSığorta” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

Şirkətin səhmdarların qərarı ilə İdarə Heyətinin Sədri vəzifəsinə Xətai İsmayılov təyin edilib, hansı ki, o buna qədər sədr müavini idi.

Xatırladaq ki, şirkətin sabiq sədri Orxan Məmmədov vəzifəsindən ayrıldıqdan sonra sədr vəzifəsinin icrası müvəqqəti olaraq Xətai İsmayılov həvalə edilmişdi.

Xətai İsmayılov 2021-ci ildə şirkətin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Məlumat üçün bildirək ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərməklə  “AtaHolding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər