16 C
Baku
Friday, April 19, 2024

“Atasığorta”ya yeni rəhbər təyin olundu

“Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə, şirkətin İdarə Heyəti (İH) sədrinin I müavini Orxan Məmmədov sədr təyin edilib.

Banker.az xəbər verir ki, Orxan Məmmədov Müseyib Əliyevi əvəz edib.

O.Məmmədovun indiyə qədər tutduğu vəzifə isə İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənova həvalə olunub.

Qeyd edək ki, dəyişiklik artıq rəsmi saytlarında da qeyd edilib.

Orxan Məmmədov Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən (LSE) İdarəetmə üzrə Magistr (Masters in Management) dərəcəsini 2015-ci ildə almışdır. O daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Bakalavr və Magistr dərəcələrini qazanmışdır.

2017-ci ilin sentyabr ayından “AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışırdı.

Son xəbərlər
Digər xəbərlər