16 C
Baku
Saturday, March 29, 2025

Atatürk prospekti bağlandı

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.

Banker.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

“Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir”, – məlumatda vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər