12 C
Baku
Sunday, October 27, 2024

“ATEF Şirkətlər Qrupu”nun dövlətə 10 milyon manata yaxın vergi borcu var

“ATEF Şirkətlər Qrupu”nun dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “ATEF Şirkətlər Qrupu”nun vergi borcu 9 527 951.32 manatdır. Bu vergi borcu 23.07.2023-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki,  “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.

Son xəbərlər
Digər xəbərlər