8 C
Baku
Thursday, February 29, 2024

“Atena” KİV-də haqlarında yayılan xəbərin həqiqəti əks etdirmədyini bildirir

“Atena” şirkəti haqqında bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə “Atena” şirkətinin nümayəndəsi Turqut Məmmədli çalışdığı şirkətin dələduzluqda ittiham olunması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

“Bu gün mediada “Atena” şirkəti ilə bağlı yayılan yanlış xəbərlərə cavab olaraq bildirmək istərdim ki, məqalədə qeyd olunan “BMS Aqro” MMC şirkətinin Atena şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur. Qeyd olunan şirkət ilə “Atena” şirkətinin təsisçiləri və rəhbərləri fərqli şəxslərdir və onları heç bir biznes əlaqələri bağlamır. Ağcabədi rayonunda yerləşən “BMS Aqro” şirkətinin fermasının “Atena” şirkətinin ferması və zavoduna yaxın ərazidə yerləşməsi bu şirkətin də bizə bağlı olması anlamına gəlmir. Bu xəbəri bilmədən yayımlayan mətbuat orqanlarına məlumata düzəliş etməyi və ya həmin xəbəri silmələrini tövsiyə edirik. “Atena” şirkətinin fəaliyyəti ilə tanış olmaq istəyənləri isə şirkətin Ağcabədi rayonunda yerləşən fermasına və zavoduna dəvət edirik”, – deyə T. Məmmədli bildirib.

Xatırladaq ki, ötən gün “Atena” rəhbərinin dələduzluqda ittiham olunmasına dair xəbər yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər